Mərkəzdə
Viza Müraciət Mərkəzindəki ümumi qaydalar
Görüş günü:
Təyin edilmiş görüş vaxtından 15 dəqiqə öncə gəlin.
Siz görüş vaxtını ərizənizi təqdim etmək məqsədi ilə təyin etməlisiniz. Sizin üçün təyin edilmiş görüş vaxtına digər şəxsi göndərə bilməzsiniz.
Yalnız ərizəçilərin, baxıcı və 18 yaşından az uşaqların Viza Müraciət Mərkəzinə girişinə icazə verilir.
Çap edilmiş ərizə formanızla yanaşı ən azı 2 səhifəsi boş olan passport və ya səyahət sənədinizi gətirin.
Vizaya onlayn müraciət etdikdən sonra sizə Biometrik Təlimat Məktubu (BIL) göndərilibsə, o halda Çap edilmiş Biometrik Təlimat Məktubu (BIL), razılıq forması və ən azı 2 səhifəsi boş olan passport və ya səyahət sənədinizi gətirin.
Bütün dəstəkləyici sənədlərinizi gətirin (orijinal və nüsxələri)
Əgər siz 5 yaşından az olan uşaq üçün müraciət edirsinizsə, o halda uşaq görüş vaxtında iştirak etməlidir, lakin uşaqdan barmaq izi məlumatları tələb edilmir.
18 yaşından az olan uşaqlar yetkinlik yaşına çatmış şəxsin müşayəti ilə gəlməlidir, lakin bu şəxs VFS Globalın əməkdaşı ola bilməz.
Biometrik
02 Noyabr 2019 tarixindən etibarən Azərbaycanda yerləşən Kanada Viza Müraciət Mərkəzində biometrik məlumatların təqdim edilməsi üçün görüş vaxtının təyin edilməsi məcburidir.
Biometrik məlumatlarınızın təqdim edilməsinə ehtiyac ola bilər. Yoxlamaq üçün http://www.cic.gc.ca/english/visit/biometrics.asp. daxil olun
Biometrik məlumatların təqdim edilməsi prosesi:
Sizin barmaq izləriniz və üz cizgilərinizin məlumatları götürüləcək.
Dijital barmaq izi skaneri 10 barmağın hər birinin surətini çıxaracaq və eyni zamanda dijital şəkliniz şəkiləcək. Bu sürətli, məxfi və kənar müdaxilə tələb etməyən prosesdir.
Bu zaman siz gün eynəyi, tünd rəngli eynək, etik və ya dini səbəblər olmadığı təqdirdə baş örtüyündən istifadə edə bilməzsiniz.
Əgər barmağınızda hər hansı müvəqqəti bir zədə varsa, o halda onun sağalmasını gözləmək məsləhət görülür.
Barmaqlarınızı uc hissələrində heç bir xına kimi müvəqqəti bəzək vasitələrinin olmadığına əmin olun çünki bu skanerə öz təsirini göstərir.
Əgər siz müvəqqəti yaşayış vizasına, təhsil və iş icazəsinə müraciət edirsinizsə, o halda siz 10 il ərzində yalnız bir dəfə biometrik məlumatlarınızı təqdim edəcəksiniz.
Buna baxmayaraq, əgər siz daimi yaşayış vizasına müraciət edirsinizsə, o zaman sizdən hər müraciətinizdə biometrik məlumatlar tələb ediləcək.
Əgər siz keçmiş illərdə müvəqqəti yaşayış vizasına, təhsil və iş icazəsinə müraciət edirsinizsə və biometrik məlumatlarınızı təqdim etdiyinizə əminsinizsə, o halda IRCC səhifəsinə , daxil olub, yoxlaya bilərsiniz.
Axtarış əməliyyatı
Təhlükəsizlik məqsədi ilə ərizəçi və ya ziyarətçilərin istənilən zaman çantalarını yoxlamaq hüququnu özümüzdə saxlayırıq.
Əməkdaşlarımız heç bir təhqir və ya hədə-qorxu olmayan mühitdə fəaliyyət göstərməlidir. Heç bir halda əməkdaşlarımıza qarşı yönəlmiş sözdə və ya fəaliyyətdə edilmiş hədə-qorxu və ya təhqirə göz yumulmayacaq.