İmtina və Məxfilik Siyasəti
İmtina və Məxfilik Siyasəti
Məsuliyyətdən azad olma
Aşağıda qeyd edilən şərtlər şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasında Kanadaya Viza üçün Müraciət Mərkəzinə müraciət etmiş və ya müraciət etmək niyyətində olan bütün Müraciətçilərə şamil edilir.
VF Worldwide Holdings Ltd şirkəti (bundan sonra “VFS” adlanacaq) Kanada İmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Bürosu (IRCC) tərəfindən təyin edilən xidmət təminatçısıdır. Bakıda Azəraycan Respublikası üzrə fəaliyyət göstərən Kanadaya Viza üçün Müraciət Mərkəzi, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən idarə edilir (bundan sonra “CVAC” adlanacaq) və Azərbaycan Respublikasının rezidentləri üçün müvəqqəti yaşayış vizası və yaşayış icazəsı üçün müraciətləri, eləcə də Kanadanın daimi rezidentlərinə səyahət sənədlərinin verilməsi üçün edilən müraciətlər ilə əlaqədar IRCC üçün inzibati dəstəyi həyata keçirilməsi səlahiyyətinə malikdir. Müraciətçilər anlayır və razılaşır ki onlara göstərilən xidmətə görə CVAC-a ödənilən vəsait heç bir halda geri qaytarılmır.
Müraciətçilər eyni zamanda anlayır ki, viza müraciətləri üzrə müvafiq qərarın verilməsi üçün Azərbaycan üzrə məsul olan Kanada Viza Ofisi əlavə sənədlər tələb etmək və müsahibə keçirmək hüququna malikdir..
CVAC aşağıdakıların yerinə yetirilməsinə və onlara dair təminat verilməsinə məsul deyil:
Müraciətlərlə bağlı nəticələr.
Viza ərizəsinə baxılmasının gecikdirilməsi və ya ərizəni qəbul etməkdən imtina nəticəsində dəyən zərər və itkilərə görə CVAC məsuliyyət daşımır.
Müraciətçınin sənədlərinə, o cümlədən pasportuna baxılan zaman muvafiq ehtiyat tədbirləri görülür, lakin bununla belə, istər müqavilə üzrə istərsə də hüquq pozuntusu və ya digər vəziyyətlərdə aşağıdakı hallara görə dəyən zərər və itkiyə görə CVAC məsuliyyət və öhdəlik daşımır (aşağıda qeyd edilən məsuliyyət dərəcələrindən başqa):
CVAC və onun sub-podratçıları tərəfindən pasport və sənədlərə baxılan zaman;
Müraciətçılər üçün göstərilən əlavə xidmətlər zamanı;
Təbii fəlakətlər zamanı;
Bədbəxt hadisə və ya oğurluq zamanı;
CVAC və onun sub-podratçılarının nəzarətində olmayan bütün digər hallar zamanı.
Pasport kuryer tərəfindən daşınan zaman və ya Kanadaya Viza Müraciət Mərkəzi / onun səlahiyyətli sub-podratçılarının ixtiyarında olan zaman itərsə və ya zədələnərsə, VFS və / və ya Kanadaya Viza Müraciət Mərkəzi / onun səlahiyyətli sub-podratçılarının öhdəliyi, yalnız itmiş və ya zədələnmiş pasportun dəyişdirilməsi üçün adi qaydada müvafiq orqan tərəfindən tutulan rüsumların ödənilməsi ilə məhdudlaşır. Ərizənin, pasportun və ya yardımçı sənədlərin itirilməsi və ya zədələnməsi nəticəsində Müraciətçiyə dəyən zərərin ödənməsinə görə VFS və / və ya Kanadaya Viza Müraciət Mərkəzi / onun səlahiyyətli sub-podratçıları məsuliyyət daşımır.
Müraciətçinin göstərilən xidmətə görə ödədiyi vəsait və veb səhifədə Xidmətlər və xidmətlərə görə rüsumlar cədvəlində qeyd edilən rüsumlar geri qaytarılmır.
VFS bu veb səhifədə Müraciətçinin daxil olmaq istəyə biləcəyi digər veb səhifələrin linklərini yerləşdirmişdir. Həmin veb səhifələrə və onların məzmununa VFS nəzarət etmir. Bu səbəbdən, Müraciətçinin həmin veb səhifələrə daxil olmasına və onların təklif etdiyi xidmətlərdən istifadə etməsinə görə VFS heç bir öhdəlik daşımır. Müraciətçilər digər veb səhifəyə daxil olduqları zaman həmin veb səhifənin şərt və qaydaları onlara şamil edilir. Bir məsələni də qeyd etmək lazımdır ki, VFS-nin işçisi və ya sub-podratçısı burada qeyd edilən məzmunu dəyişdirmək, məzmuna əlavə etmək və onu genişləndirmək hüquq və səlahiyyətinə malik deyil.
Qeyd edilən Şərtlər yerli qanunlar ilə tənzimlənir və Şərtlər üzrə yaranan hər hansı mübahisə baxılması üçün yerli məhkəmələrinə təqdim edilməlidir.
Məxfilik siyasəti
1. Giriş
VF Worldwide Holdings Ltd. şirkəti, o cümlədən dünyanın müxtəlif yerlərində ona məxsus olan şirkətlər və filiallar (“VFS Global”, “biz” və ya “bizə”), Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin (IRCC) səlahiyyətli podratçısıdır, hansı ki müvəqqəti yaşayış vizaları, icazələr və səyahət sənədlərinin alınması (“viza üçün müraciət prosesi”) ilə bağlı müraciətlərin emalı prosesinə inzibati dəstək və biometrik məlumatların toplanması üzrə xidmətlər göstərmək səlahiyyətlərinə malikdir.
2. Əhatə dairəsi
Bu Məxfilik bildirişi VFS Global şirkətinin təqdim etdiyi xidmətlərin icrasına aşağıda göstərilən qaydada şamil edilir.
“Viza üçün müraciət prosesi” çərçivəsində IRCC tərəfindən şəxsi məlumatlarınızın necə toplanıldığı və istifadə edildiyi ilə bağlı məlumat əldə etmək üçün müvafiq ərizə formasının “Məxfilik bildirişi” və ya “Açıqlanan məlumatlar” bölməsinə, yaxud da ki IRCC-nin veb-saytına daxil ola bilərsiniz.
Əlavə xidmətlər
Bu Məxfilik bildirişinin əhatə dairəsinə VFS Global şirkəti tərəfindən təqdim edilən aşağıdakı əlavə xidmətlər daxildir:
Viza Müraciət Mərkəzində (VAC) görüşlərin təyin edilməsi;
Ərizələrin/sənədlərin izlənilməsi və ötürülməsi;
Viza müraciəti üçün özünəxidmət terminallarının təqdim edilməsi;
Sənədlərin kuryerlə çatdırılma xidmətləri;
hansılar ki bundan sonra (“Xidmətlər”) adlandırılacaq.
“Xidmətlər”in göstərilməsi üçün şəxsi məlumatlarınızı təqdim etməyiniz mütləq deyil, lakin tələb olunan şəxsi məlumatların təqdim edilməməsi bizim bu xidmətləri sizə göstərə bilməməyimizə səbəb ola bilər.
VFS Global şirkəti Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin (IRCC) səlahiyyətli podratçısı olaraq “viza üçün müraciət prosesi” çərçivəsində şəxsi məlumatların toplanması, istifadəsi, açıqlanması, qorunması, saxlanması və silinməsi ilə bağlı IRCC-nin təlimat və öhdəliklərinə riayət edir.
Hazırki Məxfilik bildirişi VFS Global şirkətinin təqdim etdiyi xidmətlərlə bağlı aşağıdakıları təsvir edir:
Şəxsi məlumatların toplanılmasının və istifadəsinin məqsədi və hüquqi əsası;
Şəxsi məlumatlarınızın emalına görə cavabdeh olan tərəflər;
Şəxsi məlumatlarınızın emalına görə cavabdeh olan tərəflərlə necə əlaqə saxlamaq olar;
Məlumatlarınız nə üçün toplanılır;
Hansı məlumatlar toplanılır;
Məlumatlarınızın xarici ölkəyə ötürülməsi;
Məlumatlarınız hansı müddət ərzində saxlanılır;
Məlumatlarınızı kimlərlə bölüşürük;
Şəxsi məlumatlarınızla bağlı fərdi hüquqlarınız;
Şəxsi məlumatlarınıza giriş əldə etmək və onları yeniləmək imkanı;
Məlumatlarınız necə qorunur;
Məxfilik məsələləri ilə bağlı kimə müraciət etməli?
Biz bu Bildirişdə vaxtaşırı olaraq dəyişikliklər edə bilərik, buna görə də ediləcək hər hansı dəyişikliklərdən xəbərdar olduğunuza əmin olmaq üçün bu səhifəni vaxtaşırı olaraq yoxlayın.
Bu Məxfilik bildirişi və ya məxfiliyin təmin edilməsi üzrə fəaliyyətlərimizlə bağlı hər hansı bir sualınız yaranarsa, şirkətimizin Məlumatların mühafizəsi üzrə məsul işçisi ilə əlaqə saxlaya bilərsiniz.
3. Şəxsi məlumatların toplanılmasının və istifadəsinin hüquqi əsası və məqsədi
Hüquqi əsas:
IRCC tərəfindən VFS Global şirkətinə müvəqqəti yaşayış vizaları, icazələr və səyahət sənədlərinin alınması ilə bağlı müraciətlərin emalı prosesinə inzibati dəstək və biometrik məlumatların toplanması üzrə müvafiq xidmətlər göstərmək səlahiyyətləri verilmişdir. IRCC viza üçün müraciət prosesi çərçivəsində VFS Global tərəfindən toplanacaq, istifadə olunacaq və açıqlanacaq şəxsi məlumatları məhdudlaşdırır. Bu proses haqda daha ətraflı məlumatla bu link-dən tanış ola bilərsiniz.
Aşağıdakı xidmətlərin göstərilməsi məqsədilə fiziki şəxslərdən şəxsi məlumatları toplamaq səlahiyyəti (hüquqi əsası):
Viza Müraciət Mərkəzində (VAC) görüşlərin təyin edilməsi.
Ərizələrin/sənədlərin izlənilməsi və ötürülməsi.
Viza müraciəti üçün özünəxidmət terminallarının təqdim edilməsi.
IRCC və VFS Global şirkəti arasında bağlanmış Müqavilə çərçivəsində verilir.
Sənədlərin kuryerlə çatdırılması kommersiya xidməti göstərildikdə, yaşadığınız ölkədə məlumatların mühafizəsinə dair qanun buna icazə verdiyi halda, biz “müqavilənin yerinə yetirilməsi”ni hüquqi əsas kimi əldə rəhbər tutaraq sizin şəxsi məlumatlarınızı toplamaq və onlardan istifadə etmək hüququndan yararlana bilərik.
Sadə dillə desək, bu o anlama gəlir ki, sənədlərin kuryerlə çatdırılması əlavə xidmətini sifariş etdikdə, siz bu xidmətin göstərilməsi üçün bizimlə müqavilə bağlamış olursunuz. Bəlli olduqda ki, bəzi şəxsi məlumatları toplamadan və onlardan istifadə etmədən sözügedən xidməti icra etmək mümkün olmayacaq, o zaman bu müqavilənin bağlanması o anlama gələcək ki, siz şəxsi məlumatlarınızın toplanmasına və istifadəsinə icazə (razılıq) verirsiniz. Məsələn, kuryer xidmətini göstərmək üçün bizə çatdırılma ünvanı lazım olacaq.
Əgər sizin yaşadığınız ölkədə məlumatların mühafizəsinə dair qanunda “müqavilənin yerinə yetirilməsi” hüquqi əsası nəzərdə tutulmayıbsa, o zaman biz, sənədlərin bizdən kuryerlə çatdırılması məqsədilə, şəxsi məlumatlarınızın toplanması üçün sizin açıq razılığınızı xahiş edəcəyik.
Məqsəd:
Şəxsi məlumatlar yalnız viza üçün müraciəti asanlaşdırmaq və yuxarıda təsvir edildiyi kimi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə toplanılır və istifadə edilir. Biz sizin şəxsi məlumatlarınızı hər hansı başqa məqsədlər üçün istifadə etmirik.
Şəxsi məlumatların VFS şirkətinə təqdim edilməsi könüllü xarakter daşıyır. Lakin nəzərə alın ki, şəxsi məlumatların təqdim edilməsindən imtina sorğulanan xidmətlərin göstərilməsini təmin etmək imkanlarımızı məhdudlaşdıra bilər. Şəxsi məlumatlar birbaşa ərizəçidən və ya ərizəçinin adından çıxış edən səlahiyyətli nümayəndədən toplanılır.
4. Şəxsi məlumatlarınızın emalına görə cavabdeh olan tərəflər
Viza üçün müraciətlərin emalı:
IRCC viza üçün ərizə formasında sizin təqdim etdiyiniz şəxsi məlumatların istifadəsinə və viza üçün müraciətinizin emalı ilə əlaqədar sizdən alınan məlumatlara görə cavabdehlik daşıyır. Bu rol Kanadanın Şəxsi məlumatların və elektron sənədlərin mühafizəsi haqqında Qanununda (PIPEDA) "Təşkilat" kimi tanınır. Bu rol yaşadığınız ölkədən asılı olaraq “Məlumatların nəzarətçisi”, “Məlumatların fidusiarı” və ya buna bənzər digər adlar altında da tanına bilər.
IRCC-nin şəxsi məlumatlarınızı necə qoruduğu haqda daha ətraflı məlumat əldə etmək üçün bu link-ə keçid ala bilərsiniz.
Əlavə “Xidmətlər”in göstərilməsi zamanı məlumatların emalı:
VFS Global sorğunuz əsasında sənədlərin kuryerlə çatdırılması kimi əlavə “Xidmətlər” təqdim etdikdə, VFS Global bu xidmətlərin göstərilməsi ilə əlaqədar təqdim etdiyiniz şəxsi məlumatların emalına görə cavabdehlik daşıyır.
5. Şəxsi məlumatlarınızın emalına görə cavabdeh olan tərəflərlə necə əlaqə saxlamaq olar?
IRCC-nin əlaqə məlumatları:
365 Laurier Ave W, Ottava, ON K1P 6A6, Kanada.
Və ya bu link vasitəsilə.
VFS Global-ın əlaqə məlumatları:
VF Worldwide Holdings Ltd,
Blok 3205, 32-ci mərtəbə,
Jumeirah Biznes Mərkəzi,
Qüllə 1, Klaster G,
Jumeirah Lakes Towers,
Poçt kodu 114100,
Dubay, BƏƏ.
və ya elektron poçt: Məlumatların mühafizəsi üzrə məsul işçi
6. Məlumatlarınız nə üçün toplanılır
Sizin şəxsi məlumatlarınız aşağıdakı məqsədlər üçün toplanılır:
Müvəqqəti yaşayış vizaları, icazələr və səyahət sənədlərinin alınması ilə bağlı IRCC-yə təqdim edilən müraciətlərin emalı prosesinə dəstək və biometrik məlumatların toplanması üzrə xidmətlər göstərə bilmək
və
Viza Müraciət Mərkəzində (VAC) görüş təyin edə bilmək;
Qərar zərfinizi almağa gəldiyiniz zaman sizin kimliyinizi təsdiq edə bilmək;
Müraciətinizin gedişatını izləmək imkanını təqdim edə bilmək;
Sorğuladığınız əlavə xidmətləri sizə təqdim edə bilmək üçün.
7. Hansı məlumatlar toplanılır
Toplanıla biləcək məlumatlar.
VFS Global şirkəti viza üçün müraciət prosesi çərçivəsində inzibati dəstək və biometrik məlumatların toplanması üzrə xidmətlər göstərdiyi zaman:
Viza üçün müraciət prosesi çərçivəsində ərizəçilərdən onlara aid müəyyən şəxsi məlumatları təqdim etmələri sorğulana bilər, o cümlədən:
Ad,
Fotoşəkil,
Ünvan,
Doğum tarixi,
Telefon nömrəsi,
Pasport məlumatları,
Doğum haqqında şəhadətnamə,
Gəlir/maliyyə məlumatları
Vətəndaşlıq statusu,
Ailə vəziyyəti,
Məşğulluqla bağlı məlumatlar,
Məhkumluğun olub-olmadığına dair yoxlama,
Təhsillə bağlı məlumatlar,
Biometrik məlumatlar.
Biometrik məlumatlarınızın necə istifadə edildiyi və qorunduğu haqda konkret məlumatlar əldə etmək üçün bu link-ə daxil ola bilərsiniz.
Yuxarıda qeyd edilən şəxsi məlumatlar Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə (IRCC) viza və icazələrin alınması ilə bağlı sorğularınızın emalı üçün tələb olunan məlumatları təqdim etmək üçün toplanılır. Ərizənin verilməsi anında mövcud olan qaydalar çərçivəsində ərizəniz IRCC tərəfindən emal olunduqdan sonra bu şəxsi məlumatlardan pasportunuzu və sənədlərinizi geri qaytarmaq üçün də istifadə edilə bilər.
Viza müraciət mərkəzlərimizdə yerli qanunvericiliklə icazə verilən yerlərdə viza üçün müraciət edənlərin və işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə videomüşahidə sistemlərindən (CCTV) istifadə edilir. CCTV təsvirləri yerli qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən müddətdən sonra silinir. Viza müraciət mərkəzində CCTV-lərin istifadəsi ilə bağlı əlavə məlumat əldə etmək üçün şirkətimizin Məlumatların mühafizəsi üzrə məsul işçisi ilə əlaqə saxlaya bilərsiniz.
Çağrı mərkəzi vasitəsilə ərizənin statusunun yoxlanılması:
Ərizəçilər viza, icazə və ya səyahət sənədinin alınması ilə bağlı müraciətlərinin statusu haqda son məlumatları əldə etmək üçün telefon vasitəsilə öz adlarını və identifikasiya nömrəsini və ya ərizənin unikal izləmə ID-sini təqdim edə bilərlər.
Ərizənin statusunun onlayn izlənməsi:
Ərizələrinin statusunu izləyə bilmələri üçün Ərizəçilərdən veb-saytımızda Doğum tarixi və izləmə ID-sini təqdim etmələri tələb olunacaq.
Ərizəçinin sorğuları:
Biz məhdud dərəcədə müəyyən şəxsi məlumatları toplaya bilərik, o cümlədən:
Ad (birinci) və soyad.
Doğum tarixi,
Telefon nömrəsi,
Küçə ünvanı,
Elektron poçt ünvanı,
Müraciət tarixi,
İzləmə ID-si.
Sorğu və ya şərh vermək məqsədilə bizimlə telefon əlaqəsi yaratdıqda, ünsiyyət zamanı tələb olunandan artıq şəxsi məlumat verməməlisiniz. Biz müraciət edənlərə sorğulanan xidmətin və ya e-poçt vasitəsilə edilən müraciətin dəqiq mahiyyətini açıqlamamağı tövsiyə edirik.
VFS Global-ın əlavə “Xidmətlər”in göstərilməsi üçün tələb edə biləcəyi məlumatlar.
VFS Global, sifariş olunduqda, sənədlərin kuryerlə çatdırılması xidmətinin göstərilməsi məqsədilə aşağıdakı əlaqə məlumatlarını tələb edə bilər:
Ad (birinci) və soyad.
Çatdırılma ünvanı,
Mobil telefon nömrəsi.
Veb-saytımıza daxil olduğunuz zaman məlumatların toplanması və istifadəsi:
Bir çox başqa veb-saytlarda olduğu kimi, VFS Global-ın veb-saytları da Cookie (kuki) fayllarından istifadə edir. 'Kukilər' təşkilat tərəfindən brauzerinizə göndərilən və cihazınızda saxlanılan kiçik məlumat parçalarıdır. Onlardan istifadə etməyimizin məqsədlərindən biri sizin baxış hərəkət və vərdişləriniz haqda statistik məlumatları toplamağa kömək etməkdir, lakin onlar sizin bir fərd olaraq kimliyiniz barədə bizə məlumat vermir. Digər istifadə məqsədləri — üstünlük verdiyiniz dili təyin etmək və "Geri" funksiyasından istifadə edə bilməniz üçün brauzerinizə hansı səhifələri artıq ziyarət etdiyinizi bildirməkdir. Kukilər bizə veb-saytlarımızı təkmilləşdirməyə və daha fərdiləşdirilmiş xidmət göstərməyə kömək edir.
Veb-saytlarımızı ziyarət etdiyiniz zaman biz sizə kukilərdən istifadəni qəbul etmək və ya bundan imtina etmək seçimini veririk və siz bu düymə ilə istənilən vaxt Kukilərə aid parametrləri dəyişdirə bilərsiniz.
8. Məlumatlarınızın xarici ölkəyə ötürülməsi;
Viza üçün müraciətinizi asanlaşdırmaq, eləcə də görüşün təyin edilməsi və müraciətinizin izlənməsi kimi xidmətləri təqdim etmək məqsədilə biz sizin şəxsi məlumatlarınızı Kanada ilə Müqaviləmizin tələblərinə uyğun olaraq VFS Global şirkəti daxilində Kanadada yerləşən məlumat mərkəzlərimizdən birinə ötürəcəyik.
Viza üçün müraciətinizdə təqdim etdiyiniz şəxsi məlumatlar birbaşa viza müraciətləri ilə məşğul olan təyin olunmuş IRCC ofisinə göndəriləcək. Təyin olunmuş IRCC ofisi sizin yaşadığınız ölkədə olmaya bilər.
Məlumatların lokalizasiyası:
Əgər sizin yerli qanuvericiliyiniz şəxsi məlumatların ölkənizdə saxlanmasını tələb edirsə, VFS Global həmin qanuna əməl edəcək. Bu yalnız yuxarıda 2-ci bənddə (Əhatə dairəsi) qeyd edildiyi kimi əlavə xidmətlərin göstərilməsi məqsədilə toplanılan şəxsi məlumatlar üçün keçərlidir.
Şirkətimizidə tətbiq edilən məlumatların ötürülmə metodları haqda daha əltraflı məlumat əldə etmək üçün şirkətimizin Məlumatların mühafizəsi üzrə məsul işçisi ilə əlaqə saxlaya bilərsiniz.
9. Məlumatlarınız hansı müddət ərzində saxlanılır?
Viza üçün müraciətinizdə təqdim etdiyiniz şəxsi məlumatlar Kanadanın diplomatik nümayəndəliyinə uğurla ötürüldükdən sonra VFS Global şirkətinin sistemlərindən silinir.
Görüşün təyin edilməsi, viza üçün müraciətinizin gedişatının izlənməsi və sənədlərinizin qaytarılması məqsədilə yalnız adınız, əlaqə məlumatlarınız və pasport nömrəniz saxlanılır. Bu şəxsi məlumatlar xidmətlərin göstərilməsi tamamlandıqdan (30) otuz gün sonra və ya Kanada höküməti ilə razılaşdırılmış qaydada məhv edilir.
VAC-da özünəxidmət terminalından istifadə edirsinizsə, nəzərə alın ki, bu terminaldakı məlumatlar hər seansdan sonra silinir.
Əlavə sual vermək və ya şikayət etmək üçün bizimlə əlaqə saxladığınızda, biz sizin əlaqə məlumatlarınızı, ərizənizin qeydiyyat nömrəsini probleminiz həll olunanadək saxlaya bilərik.
Hüquqi öhdəliklərimizi yerinə yetirə bilməmiz üçün qanun bizdən bəzi məlumat növlərini saxlamağı tələb edir (məsələn, vergi qanunvericiliyinə əsasən hesab-fakturaları).
10. Məlumatlarınızı kimlərlə bölüşürük
Biz, səlahiyyətli xidmət təchizatçısı kimi, sizin şəxsi məlumatlarınızı Kanada hökuməti ilə bölüşürük. Bu məlumatlara viza üçün müraciətinizi dəstəkləmək üçün təqdim etdiyiniz şəxsi məlumatlar daxildir.
Sizin razılığınız olmadan biz sizin şəxsi məlumatlarınızı üçüncü şəxslərə, məsələn, sənədlərin çatdırılması ilə məşğul olan kuryer şirkətlərinə ötürmürük. Bu razılıq açıq şəkildə ifadə oluna bilər, məsələn, siz şifahi, yazılı və ya onlayn razılıq verdiyiniz zaman, və ya doyayı şəkildə —əlavə istəyə bağlı xidmətin göstərilməsi üçün bizimlə müqavilə bağladığınız zaman.
Biz ancaq məlumatlara dair qorunma tədbirləri qənaətbəxş səviyyədə olan və Kanada Hökuməti tərəfindən təsdiq edilmiş tərəfdaşların xidmətlərindən istifadə edirik.
Biz şəxsi məlumatları yalnız dövlət orqanının sorğusu ilə və yalnız bu sorğu məhkəmə qərarı ilə dəstəkləndiyi halda, eləcə də Kanadanın icazəsi ilə açıqlaya bilərik.
Biz həmçinin şikayət, sorğu, məlumat əldə etmək sorğusu ilə əlaqədar olaraq və ya Kanada hökumətinin sorğusu ilə sizin bizimlə olan qarşılıqlı əlaqələri ehtiva edən məlumatları Kanada hökuməti ilə bölüşə bilərik.
11. Şəxsi məlumatlarınızla bağlı fərdi hüquqlarınız
Ölkənizin məlumatların mühafizəsinə dair qanununa uyğun olaraq, siz əlavə xidmətlərin göstərilməsini sorğuladığınız zaman təqdim etdiyiniz şəxsi məlumatlarla bağlı müəyyən hüquqlara malik ola bilərsiniz.
Bu hüquqlar aşağıdakılardır:
Şəxsi məlumatlarınızdan necə istifadə edildiyi barədə məlumat əldə etmək hüququ
Şəxsi məlumatlarınıza giriş əldə etmək və kopiyalamaq hüququ
Şəxsi məlumatlarınızda səhvlər olduqda, onlara düzəliş etmək hüququ
Şəxsi məlumatlarınızı silmək hüququ. (Qanun buna icazə verdiyi halda)
Şəxsi məlumatlarınızın emalına məhdudiyyətlər qoymaq hüququ
Məlumatların daşınabilməsi ilə bağlı hüquq
Şəxsi məlumatlarınızdan necə istifadə olunduğuna etiraz etmək hüququ
Avtomatlaşdırılmış qərarvermə və profil tərtibetmə ilə bağlı hüquqlar.
Qeyd: Müəyyən hüquqlardan istifadə etmək imkanı yaşadığınız ölkədən və müraciətin təqdim edildiyi təyinat yerindən asılı olaraq dəyişə bilər.
Hüquqlarınızla bağlı daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı qurumla əlaqə saxlaya bilərsiniz:
Kanadanın məxfilik məsələləri üzrə müvəkkilinin ofisi
30, Viktoriya küçəsi
Qatino, Kvebek, Kanada
K1A 1H3
https://www.priv.gc.ca/en/report-a-concern/
və ya şirkətimizin Məlumatların mühafizəsi üzrə məsul işçisi ilə əlaqə saxlaya bilərsiniz.
12. Şəxsi məlumatlarınıza giriş əldə etmək və ya onları yeniləmək imkanı
Sizin VFS Global-ın sərəncamında olan şəxsi məlumatlarınıza giriş əldə etmək və onların surətini tələb etmək hüququnuz var. Biz sizə viza üçün müraciətinizi dəstəkləmək məqsədilə tərəfinizdən təqdim edilmiş şəxsi məlumatlara giriş imkanını və ya bu məlumatların surətini təqdim edə bilmərik, bunun üçün siz təyin olunmuş IRCC ofisi ilə əlaqə saxlamalısınız.
Şəxsi məlumatlarınıza daxil olmaq imkanını sorğulayacağınız təqdirdə, biz bütün müvafiq qanuni tələbləri və istisnaları nəzərə alaraq, bu sorğunu məmnuniyyətlə yerinə yetirəcəyik. Sizə məlumatları təqdim etməzdən əvvəl, müvafiq məlumatları tapa bilməmiz üçün biz sizdən kimliyinizi təsdiq etməyinizi və bizimlə qarşılıqlı əlaqələriniz barədə kifayət edəcək miqdarda məlumat tələb edəcəyik.
Şəxsi məlumatlarınıza giriş əldə etmək.
13. Məlumatlarınız necə qorunur?
Siz bizə öz şəxsi məlumatlarınızı verdikdə, bizim tərəfimizdən bütün lazımi tədbirlər görülür ki, onlarla təhlükəsiz şəkildə rəftar edilsin. İstənilən həssas məlumatlar həm ötürülmə, həm də saxlanılma zamanı şifrələnir və qorunur. Biz Kanada Hökuməti ilə bağladığımız müqavilənin təhlükəsizliklə bağlı tələblərinə əməl edirik. Sözügedən müqavilədə qeyd edilir ki, Podratçı hər zaman istənilən Şəxsi məlumatların məxfiliyini Kanadanın qanunvericiliyində, xüsusən də Məxfilik haqqında Qanunda (1985) və Şəxsi məlumatların mühafizəsi və elektron sənədlər haqqında Qanunda (2000) nəzərdə tutulan qaydada qorumalıdır.
Bizim viza müraciət mərkəzlərimiz məlumatlardan istifadə zamanı təhlükəsizliyin təmin edilməsinə görə ISO/IEC 27001:2013 standartı ilə sertifikatlaşdırılmışdır. Bu onu təmin edir ki, VFS-nin məlumatlarınızdan necə istifadə etməsi müstəqil tərəf tərəfindən yoxlanılır və təsdiqlənir.
Veb-saytlarımızda təhlükəsiz səhifədə olduğunuz zaman əksər veb-brauzerlərin ünvan sətrində qıfıl işarəsi peyda olacaq. Bu o deməkdir ki, məlumatların brauzerinizdən veb serverlərimizə ötürülməsi təhlükəsizlik məqsədi ilə şifrələnir.
Lütfən nəzərə alın ki, e-poçt məktubları İnternet üzərindən şifrələnməmiş şəkildə ötürülə bilər və bunun 100% təhlükəsiz olacağına heç kim zəmanət verə bilməz. Bunun üçün də, bizimlə əlaqə saxladığınız zaman şəxsi məlumatlarınızı e-poçt məktubuna daxil etməyin, əgər bunu edirsinizsə, riski öz üzərinizə götürmüş olursunuz.
14. Məxfilik məsələləri ilə bağlı kimə müraciət etməli?
Əgər şəxsi məlumatlarınızın düzgün emal olunmadığını düşünürsünüzə və ya şəxsi məlumatlarınızın necə emal/istifadə edilməsi ilə bağlı şikayətiniz varsa, sizin bu barədə şikayət etmək hüququnuz var.
VFS Global tərəfindən məlumatların emalı nəticəsində fikrinizcə hüquqlarınızın nə kimi təsirə məruz qaldığını izah edərək şirkətimizin Məlumatların mühafizəsi üzrə məsul işçisinə, və ya Kanadanın məxfilik məsələləri üzrə müvəkkilinin ofisinə şikayət edə bilərsiniz.
Hüquqlarınızla bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı qurumlarla əlaqə saxlaya bilərsiniz:
Kanadanın məxfilik məsələləri üzrə müvəkkilinin ofisi
30, Viktoriya küçəsi
Qatino, Kvebek, Kanada
K1A 1H3
https://www.priv.gc.ca/en/report-a-concern/
VFS Global-ın Aİ-də aparıcı nəzarət orqanı:
İrlandiyanın məlumatların mühafizəsi komissiyası
21 Fitzvilyam Skver Cənub
Dublin 2
D02 RD28
Bizimlə əlaqə.
Biz anlayırıq ki, sizin bu Məxfilik bildirişi və ya bizim məxfiliyin təmin edilməsi üzrə fəaliyyətlərimizlə bağlı suallarınız ola bilər. İstənilən vaxt aşağıda göstərilən üsullardan biri ilə bizimlə əlaqə saxlaya bilərsiniz:
VFS Global’s Group şirkətinin Məlumatların mühafizəsi üzrə məsul işçisi:
E-poçt: DPO @ vfsglobal.com
Poçt ünvanı:
VF Worldwide Holdings Ltd,
Blok 3205, 32-ci mərtəbə,
Jumeirah Biznes Mərkəzi,
Qüllə 1, Klaster G,
Jumeirah Lakes Towers,
Poçt kodu 114100,
Dubay,
BƏƏ.
Saxta iş təkliflərindən ehtiyatlı olun
Saxta işə qəbul/ İş təklifləri
VFS Global-a verilən məlumatlara əsasən, özünü VFS Global-ın əməkdaşı və ya nümayəndəsi kimi təqdim edən şəxslər insanların şəxsi məlumatlarını oğurlanmaq və pul tələb etmək məqsədi ilə onlara yaxınlaşaraq saxta iş imkanları təklif edirlər. Sizdən qarşılığında pul tələb edilən iş təklifləri və ya pul müqabilində işçi vizasının söz verilməsi kimi hallara həssas yanaşmağınız və ehtiyatlı olmağınız xahiş edirik. Şifahi halda edilən təkliflər tamamilə saxta və keçərsizdir. VFS Global işəgötürmə agentliyi deyil və işə qəbul xidmətləri göstərmir. Fırıldaqçılar işlərini internet, email, telefon üzərindən icra edirlər. Biz insanları bu cür saxtakarlardan ehtiyatlı olması üçün xəbərdar edirik.
Nəzərinizə çatdıraq ki, VFS Global viza əməliyyatlarını həyata keçirən şirkətdir və viza əməliyyatlarını həyata keçirmək üçün biz yalnız hökumət və diplomatik missiyalarla işləyirik. Nə VFS Global, nə də onun nümayəndəliyi, heç bir halda insanlardan pul müqabilində VFS Global-da və ya kənarda iş imkanları təklif etmir. Əgər siz VFS Global-dan pul müqabilində hər hansı bir təklif alırsınızsa, bu halda təklif saxtadır.
Saxta işəqəbulun hallarının göstəriciləri
Aşağıda qeyd edilənlər VFS Global-ın əməliyyat və etik praktikasını pozan saxta işəgötürmə nümunələrindən bəziləridir:
Göndərilən elektron məktub rəsmi VFS Global email ünvanından deyil, hər hansı bir ixtiyari email xidmətindəndir: Hotmail, Gmail, Outlook, Yahoo və.s. Məktubun saxta email ünvanından göndərilməsi halı da mümkündür.
Sizdən şəxsi və ya gizli məlumatlarınızın bəyan edilməsi xahiş edilir.
Sizdən telefon və ya hər hansı mesajlaşma proqramı üzərindən müsahibə keçməyiniz xahiş edilir.
Sizdən ödəniş/pul ödəməyiniz tələb edilir.
Sizdən saxta işə qəbul sənədlərini məsələn: ərizə forması və ya iş viza anketini doldurmaq tələb olunur (VFS Global adı və loqosu səlahiyyət verilmədən sənədləşmə üzərində çap edilib nümayiş olunur).
Təcili olması üçün israr edilməsi.
İş icazəsi, viza müraciəti və bu kimi məsələlərin icrası üçün pulun tələb edilməsi.
Bu cür fəaliyyətlər zərər çəkmiş şəxslərdən şəxsi məlumatların oğurlanması və fırıldaqçılıq məqsədləri üçün nəzərdə tutulmuşdur.
Bu şəxslərin fəaliyyətlərinə görə cinayət və mülki məsuliyyət daşıyır. VFS Global bu cür məsələlərə ciddi yanaşır və bu cür qeyri-qanuni fəaliyyətləri araşdırmaq və iddia qaldırmaq üçün səlahiyyətli hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır, lakin bir çox hallarda bu şəxsləri tapmaq və təqib etmək çətindir.
Bu səbəbdən, şifahi və ya yazılı şəkildə aldığınız iş və ya müsahibə təklifinin saxta olduğuna inanır və ya şübhələnirsinizsə, zəhmət olmasa onlara məhəl qoymayın. Siz bunu həmçinin VFS Global-da [email protected]ünvanı vasitəsi ilə yoxlaya bilərsiniz.
Siz fırıldaqçılıq hallarının baş verdiyini aşkar etdiyiniz təqdirdə, dərhal yerli polis və/ və ya hər hansı səlahiyyətli orqanla əlaqə saxlamağınız və eyni zamanda bizə [email protected]vasitəsi ilə saxtakarlıq halını məruzə etməyiniz məsləhət görülür.
Heç bir halda VFS Global səlahiyyəti olmayan şəxslər və/ və ya fəaliyyətlər tərəfindən verilmiş itki, zərər, xərc və ya narahatçılığa görə məsuliyyət daşımır.
VAC-da təklif edilən xidmətlərin rüsumları
| Xidmət qiyməti (hər bir müraciət edənə) | CAD-dəki məbləğ (ƏDV daxil olmaqla) | Məbləğ (ƏDV daxil) |
|---|---|---|
Surət çıxarma xidməti | $0.24 | 0.30 |
Çap xidməti | $0.49 | 0.60 |
Qısa mesaj xidməti (İsmarıc) | $3.00 | 3.70 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 1 | $2.66 | 3.25 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 2 | $3.15 | 3.85 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 3 | $9.68 | 11.90 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 4 | $12.10 | 14.90 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 5 | $14.52 | 17.85 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 6 | $29.05 | 35.75 |