Saxta iş təkliflərindən ehtiyatlı olun

Saxta işə qəbul/ İş təklifləri

VFS Global-a verilən məlumatlara əsasən, özünü VFS Global-ın əməkdaşı və ya nümayəndəsi kimi təqdim edən şəxslər insanların şəxsi məlumatlarını oğurlanmaq və pul tələb etmək məqsədi ilə onlara yaxınlaşaraq saxta iş imkanları təklif edirlər. Sizdən qarşılığında pul tələb edilən iş təklifləri və ya pul müqabilində işçi vizasının söz verilməsi kimi hallara həssas yanaşmağınız və ehtiyatlı olmağınız xahiş edirik. Şifahi halda edilən təkliflər tamamilə saxta və keçərsizdir. VFS Global işəgötürmə agentliyi deyil və işə qəbul xidmətləri göstərmir. Fırıldaqçılar işlərini internet, email, telefon üzərindən icra edirlər. Biz insanları bu cür saxtakarlardan ehtiyatlı olması üçün xəbərdar edirik.

 Nəzərinizə çatdıraq ki, VFS Global viza əməliyyatlarını həyata keçirən şirkətdir və viza əməliyyatlarını həyata keçirmək üçün biz yalnız hökumət və diplomatik missiyalarla işləyirik. Nə VFS Global, nə də onun nümayəndəliyi, heç bir halda insanlardan pul müqabilində VFS Global-da və ya kənarda iş imkanları təklif etmir. Əgər siz VFS Global-dan pul müqabilində hər hansı bir təklif alırsınızsa, bu halda təklif saxtadır.;

Saxta işəqəbulun hallarının göstəriciləri.Aşağıda qeyd edilənlər VFS Global-ın əməliyyat və etik praktikasını pozan saxta işəgötürmə nümunələrindən bəziləridir:

  • Göndərilən elektron məktub rəsmi VFS Global email ünvanından deyil, hər hansı bir ixtiyari email xidmətindəndir: Hotmail, Gmail, Outlook, Yahoo və.s. Məktubun saxta email ünvanından göndərilməsi halı da mümkündür..

  • Sizdən şəxsi və ya gizli məlumatlarınızın bəyan edilməsi xahiş edilir.

  • Sizdən telefon və ya hər hansı mesajlaşma proqramı üzərindən müsahibə keçməyiniz xahiş edilir.

  • Sizdən ödəniş/pul ödəməyiniz tələb edilir.

  • Sizdən saxta işə qəbul sənədlərini məsələn: ərizə forması və ya iş viza anketini doldurmaq tələb olunur (VFS Global adı və loqosu səlahiyyət verilmədən sənədləşmə üzərində çap edilib nümayiş olunur).

  • Təcili olması üçün israr edilməsi.

  • İş icazəsi, viza müraciəti və bu kimi məsələlərin icrası üçün pulun tələb edilməsi.

Bu cür fəaliyyətlər zərər çəkmiş şəxslərdən şəxsi məlumatların oğurlanması və fırıldaqçılıq məqsədləri üçün nəzərdə tutulmuşdur.Bu şəxslərin fəaliyyətlərinə görə cinayət və mülki məsuliyyət daşıyır. VFS Global bu cür məsələlərə ciddi yanaşır və bu cür qeyri-qanuni fəaliyyətləri araşdırmaq və iddia qaldırmaq üçün səlahiyyətli hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır, lakin bir çox hallarda bu şəxsləri tapmaq və təqib etmək çətindir.

Bu səbəbdən, şifahi və ya yazılı şəkildə aldığınız iş və ya müsahibə təklifinin saxta olduğuna inanır və ya şübhələnirsinizsə, zəhmət olmasa onlara məhəl qoymayın. Siz bunu həmçinin VFS Global-da [email protected] ünvanı vasitəsi ilə yoxlaya bilərsiniz.

Siz fırıldaqçılıq hallarının baş verdiyini aşkar etdiyiniz təqdirdə, dərhal yerli polis və/ və ya hər hansı səlahiyyətli orqanla əlaqə saxlamağınız və eyni zamanda bizə [email protected]vasitəsi ilə saxtakarlıq halını məruzə etməyiniz məsləhət görülür.

Heç bir halda VFS Global səlahiyyəti olmayan şəxslər və/ və ya fəaliyyətlər tərəfindən verilmiş itki, zərər, xərc və ya narahatçılığa görə məsuliyyət daşımır.

VAC-da təklif edilən xidmətlərin rüsumları

Xidmət qiyməti (hər bir müraciət edənə)CAD-dəki məbləğ (ƏDV daxil olmaqla)Məbləğ (ƏDV daxil)

Surət çıxarma xidməti

$0.240.30

Çap xidməti

$0.490.60

Qısa mesaj xidməti (İsmarıc)

$3.003.70

Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 1

$2.663.25

Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 2

$3.153.85

Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 3

$9.6811.90

Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 4

$12.1014.90

Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 5

$14.5217.85

Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 6

$29.0535.75