Tez-tez Verilən Suallar
Tez-tez Verilən Suallar
Viza Müraciət Mərkəzi
Viza Müraciət Mərkəzi ( Kanada Müraciət Mərkəzi) nədir?
Kanada Viza Müraciət Mərkəzləri dünyanın hər yerində bütün müvəqqəti yaşayış vizaları (səyahət, iş və təhsil icazısi) və səyahət sənədləri üçün İmmiqrasiya, Qaçqınar və Vətandaşlıq bürosuna müraciət etmiş müştərilərə inzibati dəstək göstərir.
Azərbaycan Kanada Viza Müraciət Mərkəzinin podratçı şirkəti hansıdır?
Kanada Viza Müraciət Mərkəzinin fəaliyyət göstərmə səlahiyyəti Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq bürosu tərəfindən VFS Globala həvalə edilmişdir. Görüş Vaxtı təyin etmək üçün daxil olun
AMüraciət prosesi
Viza müraciətimi hara təqdim etməliyəm?
Siz viza müraciətinizi Kanada Viza Müraciət Mərkəzinə edə bilərsiniz. Siz eyni zamanda IRCC onlayn müraciət sistemi vasitəsi ilə də viza müraciətinizi IRCC-ə edə bilərsiniz.
Mənim sənədlərimi başqa bir şəxs təqdim edə bilər?
Sizin sənədlərinizi təqdim etmək üçün başqa bir şəxsə səlahiyyət verə bilərsiniz. Zəhmət olmazsa, sizin müraciət bağlamanız/qərar zərfinizi təqdim etmək/təhvil almaq üçün IMM 5476 Nümayəndə istifadə etmək və/ və ya VFS Razılıq Formas nı dolduraraq nümayəndəyə etibarnamə verə biləriniz.
müraciət zamanı barmaq izinin verilnməsi və şəklimin çəkilməsi üçün hər dəfə şəxsən getməliyəm?
Əgər siz müvəqqəti yaşayış vizasına, təhsil və iş icazəsinə müraciət edirsinizsə, o halda siz 10 il ərzində yalnız bir dəfə biometrik məlumatlarınızı təqdim edəcəksiniz.
Əgər siz daimi yaşayış vizasına müraciət edirsinizsə və sizdən barmaq izlərinizi təqdim etmək tələb edilirsə, o zaman siz hər dəfə müraciət zamanı biometrik məlumatlarınızı təqdim etməlisiniz.
Biometrik məlumatların tələb edilməsini yoxlamaq üçün daxil olun: http://www.cic.gc.ca/english/visit/biometrics.asp.
Biometrik verdikdən sonra, barmaq izlərim nə qədər müddəti qüvvədə olur?
31 İyul 2018 tarixindən etibarən biometrik 10 il ərzində etibarlıdır. əgər siz bundan əvvəl biometrik vermisinizsə, bu biometrik verdiyiniz tarixdən etibarən 10 il müddətində qüvvədə hesab edilir. Daimi yaşayış vizasına müraciət edən ərizəçilər hər müraciətlərində biometrik verməlidirlər.
Bu 10 il ərzində sizə Kanada vətəndaşlığı verilərsə, o halda sizin barmaq izi qeydləriniz sonsuzadək silinəcək.
Viza müraciətim üçün biometrik verməliyəm?
Biometrik məlumatların tələb edilməsini yoxlamaq üçün daxil olun: http://www.cic.gc.ca/english/visit/biometrics.asp.
Kanada Viza Müraciət Mərkəzində biometrik vermək üçün görüş vaxtı təyin etməyə ehtiyac var?
02 Noyabr 2019 tarixindən etibarən Azərbaycanda yerləşən Kanada Viza Müraciət Mərkəzində biometrik məlumatların təqdim edilməsi üçün görüş vaxtının təyin edilməsi məcburidir.
Biometrik məlumatların tələb edilməsini yoxlamaq üçün daxil olun: http://www.cic.gc.ca/english/visit/biometrics.asp
VFS Global yalnız görüş vaxtını təyin etmək məqsədi ilə ərizəçidən şəxsi məlumatlarları toplanyır. Bu səbəbdən ərizəçidən razılıq forması tələb ediləcək. Kanada Hökuməti rüsumunu nəcə ödəyə bilərəm?
Kanada Hökuməti rüsumunu IRCC veb səhifəsindən INTERAC® Onlayn dan istifadə edərək Kanada Bankının debit və ya kredit kartından istifadə edərək öz bankınızın səhifəsində onlayn bankinq də qeydiyyatdan keçərək ödəyə bilərsiniz. Kanada Hökuməti rüsumunu ödəmək üçün daxil olun.
Kanada Viza Müraciət Mərkəzi xidmət rüsumlarını necə ödəyə bilərəm?
Kanada Viza Müraciət Mərkəzi xidmət rüsumlarının ödəmək üçün təlimat:
Azərbaycanda Kanada Viza Müraciət Mərkəzinin xidmət rüsumlarını, əvvəlcədəm müvafiq xidmət üzrə qeyd edilən bank hesabına köçürməklə və köçürməyə dair qəbzi sənədlərlə bərabər təqdim etməklə Azərbaycan Manatı (AZN) ilə.
Zəhmət olmazsa, aşağıda qeyd edilən Bank köçürməsi detalları ilə tanış olun.
YapiKredi Bank Azərbaycan
SWIFT: KABAAZ22
IBAN: AZ20KABA00000000000004124227
Qəbul edən: Beynəlxalq Miqrasiya Təşkilatı
Kanada viza müraciət mərkəzində Azərbaycan Manatı (AZN) ilə nağd şəkildə ödənilə bilər
Kanada Hökuməti rüsumları və Kanada Viza Müraciət Mərkəzinin xidmət rüsumları ilə bağlı ətraflı məlumat almaq üçün daxil olun.
Müraciət etdikdən sonra nə baş verəcək?
Siz ərizənizi Viza Müraciət Mərkəzinə təqdim etdikdən sonra, Viza Müraciət Mərkəzi sizin ərizənizi IRCC tələblərinə uyğun olaraq əsaslı şəkildə yoxlayacaq və növbəti iş günlərində qəbul edəcək.
Sizin müraciətinizlə bağlı qərar qəbul edildiyi zaman, Viza Ofisi sizi seçdiyiniz əlaqə vasitəsi ilə xəbərdar edib təhlükəsiz şəkildə passportunuzu Viza Müraciət Mərkəzinə göndərəcək. Müraciətinizi hazır olub göndərilməsi ilə bağlı məlumatlar eyni zamanda Statusun Onlayn İzlənmə Sistemi ilə də izlənilə bilər. Ərizəniz sizə seçdiyiniz şəkildə geri göndəriləcək.
Mənim hansı növ viza ehtiyacım var?
Sizin hansı növ vizaya ehtiyacınızın olması, sizin Kanada gediş məqsədinizdən asılıdır. Viza növləri ilə əlaqədar daha ətraflı məlumat üçün zəhmət olmazsa Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq bürosunun veb səhifəs inə daxil olun.
Ərizəmin statusunu necə yoxlaya bilərəm?
Ərizənizin statusunu bilmək üçün Ərizənizin satusunu izləyin-ə keçid alın.
Passportumu necə ala bilərəm?
Passportunuzu təhvil almaq üçün aşağıdakı seçimlər mövcuddur:
Passportu şəxsən Kanada Viza Müraciət Mərkəzinə yaxınlaşıb təhvil almaq və ya,
Passportu kuryerlə almaq
Nəzərinizə çatdıraq ki, yuxarıda qeyd edilən xidmətlə ödənişlidir. Kuyer ödənişi Passportun Göndərilmə xidməti rüsumuna daxil deyil. Ətraflı məlumatı Xidmətlərə Görə rüsumlar səhifəsindən ala bilərsiniz.
Passportumu geri təhvil almaq üçün hansı sənədlərə ehtiyacım var:
Passportu şəxsən yaxınlaşıb geri təhvil almaq üçün:
Passportunuzun möhürlü biometrik məlumataları olduğu səhifəsinin nüsxəsi
Orijinal Viza Müraciət Mərkəzi tərəfindən sizə təqdim edilən Viza Müraciət Mərkəzi Xidmət Qəbzi
Şəxsiyyətinizi təsdiq edən hər hansı bir sənəd
Sənədlərə baxış müddəti nə qədərdir?
Viza müraciətinə baxılma müddətinin nə qədər davam etməsinə dair məlumat üçün Visa Ofisinin səhifəsinə keçid alın.
Məndən Viza Ofisində müsahibədə iştirak etmək tələb oluna bilər?
Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq bürosu sizdən Viza Ofisində müsahibədə iştirak etməyi tələb edə bilər. Viza Müraciət Mərkəzi sizinlə əlaqə saxlayacaq, və ya Viza Ofisi sizinlə bir başa əlaqə saxlayacaq və siz eyni zamanda Ərizənizin satusunu izləyin sistemi vasitəsi ilə də bu barədə məlumat ala biləcəksiniz.
Daha ətraflı məlumat üçün necə əlaqə saxlaya bilərəm?
Siz Viza Müraciət Mərkəzi tərəfindən idarə edilən çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz (sol səhifədə yerləşən Bizimlə əlaqə saxla düyməsini basın) və ya Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq bürosu veb səhifəsinə baxın.
Daha hansı xidmətlər mövcuddur?
Viza Müraciət Mərkəzi rahatlığınız və asan müraciətiniz üçün surətçıxartma, kuryer, məlumatların daxil edilməsi üçün yardım (formaların doldurulması üçün) kimi müxtəlif əlavə xidmətlər göstərir. Tam məlumat və qiymətlər üçün “XİDMƏTLƏR VƏ XİDMƏTLƏRƏ GÖRƏ RÜSUMLAR CƏDVƏLİ” ilə tanış olun
Mən 6 aydan az müddət üçün təhsil almağı planlaşdırıram, lakin təhsilimi uzada bilərəm. Hansı növ ərizə təqdim etməliyəm?
Zəhmət olmasa: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/study-canada/study-permit/eligibility.html səhifəsinə daxil olun.
Sənədləşmə
Viza müraciətim üçün hansı sənədlərə ehtiyac var?
Sənələr sizin səyahət məqsədinizdən asılıdır. Zəhmət olmasa bviza növləri hissəsinə daxil olun və orada verilən müvafiq linkləri nəzərdə saxlayın və ya Kanada Qaçqınlar, İmiqrasiya və Vətəndaşlıq bürosunun saytına baxın.
Viza Ofisi məndən əlavə sənəd və ya məlumat təqdim etməyi tələb edə bilər?
Bəli, Viza Ofisi sizdən əlavə sənəd və ya məlumat təqdim etməyi tələb edə bilər. Bu kimi dəyişikliklər Ərizənin Statusunun Onlayn Yoxlanması sistemində öz əksini tapacaq və eyni zamanda təlimatı aldığınıza əmin olmaq üçün sizə e-poçt göndəriləcək. Daha sonra sənədi sizin adınızdan Viza Ofisə təqdim etmək üçün Viza Müraciət Mərkəzinə verəcəksiniz.
Mən Kanadaya tələbə kimi getmək istəyirəm. Bunun üçün nə qədər maliyyə hesabı tələb edilir?
Tələbələr üçün maliyyə tələbi sizin Kanada qalma müddətiniz və digər nüanslardan asılıdır.Sizə, ən son məlumatlardan xəbərdar olmaq üçün Kanada İmmiqrasiya, qaçqınlar və Vətəndaşlıq bürosunun veb səhifəsinə nəzər yetirməyinizi və Viza Müraciət Mərkəzinə təqdim etdiyiniz sənədlərin bu tələblərə cavab verirdiyinə əmin olmağınızı məsləhət görürük.
Əgər siz Quebec əyalətində təhsil almaq arzusundasınızsa, o zaman İmmiqrasiya Quebec veb səhifəsindəki məlumatlarla tanış olun.
VAC-da təklif edilən xidmətlərin rüsumları
| Xidmət qiyməti (hər bir müraciət edənə) | CAD-dəki məbləğ (ƏDV daxil olmaqla) | Məbləğ (ƏDV daxil) |
|---|---|---|
Surət çıxarma xidməti | $0.24 | 0.30 |
Çap xidməti | $0.49 | 0.60 |
Qısa mesaj xidməti (İsmarıc) | $3.00 | 3.70 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 1 | $2.66 | 3.25 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 2 | $3.15 | 3.85 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 3 | $9.68 | 11.90 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 4 | $12.10 | 14.90 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 5 | $14.52 | 17.85 |
Birtərəfli Kuryer Xidməti (paket başına) - Zona 6 | $29.05 | 35.75 |